Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin Putinlə görüş təklifinə Minskdən reaksiya

Minsk Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünü yüksək səviyyədə təşkil etməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər naziri Vladimir Makey məlumat verib.

Onun sözlərinə görə, rəsmi Minsk Zelenskinin səsləndirdiyi görüş təklifini yalnız alqışlaya bilər:

“Belarus rəhbərliyi Ukrayna torpaqlarında sülhün bərqərar olması üçün hər şeyi etməyə hazırdır”

Qeyd edək ki, Zelenski Facebook hesabında Putinə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib.

Son xəbərlər
Bütün xəbərlər »