Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan MDB-də iqtisadi cəhətdən ilk üç uğurlu ölkədən biridir

2019-cu ilin ilk beş ayında Müstəqil Dövlətlər Birliyinin (MDB) yalnız üç ölkəsi xarici ticarətdə müsbət saldoya malikdir.

Virtualaz.org bildirir ki, bunlar Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyasıdır.

Belə ki, Azərbaycan 4,5 milyard dollarlıq mal və xidmət ixrac edib, idxal olunan malların və xidmətlərin dəyəri isə 3,1 milyard dollar təşkil edib. Rusiyada bu göstəricilər müvafiq olaraq 104,4 və 56 milyard dollar təşkil edir.

Qazaxıstandan 13,3 milyard dollarlıq məhsul və xidmət ixrac edilib, respublikaya idxal olunan məhsul və xidmətlərin dəyəri isə 7 milyard dollar olub.

Qeyd edək ki, hazırda MDB-nin tərkibinə 11 dövlət daxildir.

Son xəbərlər
Bütün xəbərlər »