Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğana gözlənilməz zərbə - Əli Babacan AKP-dən getdi

Türkiyənin keçmiş Xarici İşlər naziri və baş nazir köməkçisi Ali Babacan qurucularından biri olduğu hakim Ədalət və İnkişaf partiyasından istefa verib.

Bizimyol.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə yazılı açıqlama verib.

Babacanın partiyadan ayrılmağının əsas səbəbi kimi partiya liderləri ilə fikir ayrılığında olması göstərilir.

Türkiyə mətbuatı Əli Babacanın keçmiş prezident Abdullah Güllə birgə partiya yaradacağı barədə də yazırlar.“Abdulla Gül və bir qrup məmurun iştirakı ilə yaradılacaq yeni siyasi partiyaya keçmiş XİN rəhbəri Ali Babacan başçılıq edəcək”- deyə Türkiyə KİV-ləri yazır.

Bir neçə gün öncə Abdulla Gülün yeni partiya yaratamaq və yeni partiyanın maliyyə işlərini isə erməni əsilli bir maliyyəçiyə tapşıracağı barədə xəbərlər yayılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »