Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"700 ballıq sistemdən 1000 ballıq sistemə keçilə bilər" - Açıqlama

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibə verib. Jurnalistin suallarını cavablandıran sədr bildirib ki, hazırda tətbiq edilən 700 ballıq sistemin ləğvində heç bir problem yoxdur, saədcə olaraq ləğv prosesinin yubanmasının səbəbi əhalinin bu qaydalara uzun müddətə uyğunlaşmasıdır.

700 ballıq sistem ləğv edilə bilərmi, bu sistem abituriyentlərə, Azərbaycan təhsilinə nə verdi? Yeni tətbiq olunacaq sistem təhsilə və abituriyentlərə nə qazandıracaq?

Bizimyol.info-nun suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni sistemə keçid üçün sualların sayı və qiymətləndirilməsi dəyişməlidir:

"İlk növbədə qeyd edim ki, abituriyentlərin biliyinin qiymətləndirilməsini tənzimləmək məqsədi ilə müxtəlif ballı sistem tətbiq edilə bilər.

Çoxballı sistem imtahan iştirakçılarının bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin movcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədi daşıyır və hər bir tələbəyə fərdi yanaşmanı təmin etməklə tədris prosesinin aşağıda göstərilən əsas sahələrini əhatə edir.

Sadəcə olaraq ölkə ərazisində 27 ildir ki, ali məktəblərə qəbul zamanı 700 ballıq sistemdən istifadə olunduğu üçün imtahan modelində dəyişiklik edilsə belə bu streotipin saxlanılmasına çalışılıb. Amma bu dəyişə bilər. Bunun dəyişməsi üçün imtahanda fənlər üzrə istifadə olunan test tapşırıqlarının sayı və qiymətləndirilməsi dəyişməlidir. Belə ki, hər doğru cavaba verilən bal və ya səhv cavabın doğru cavaba təsiri nəzərə alınmaqla 100 ballıq, 500 ballıq və ya 1000 ballıq sistemə keçmək olar.

Orta məktəbdə təhsil alan şagirdərin yüksəksəviyyəli kadr kimi yetişdirilməsi prosesinin əsas məqamlarından biri də təhsillərini başqa vurduqdan sonra onların biliyinin düzgün qiymətləndirilməsidir. Ona görə də hansı qiymətləndimə şkalasından istifadə olunmasından asılı olmayaraq bu biliyin qiymətləndirilməsi prinsipinə xodmət etməlidir.

Sadəcə olaraq ixtisas seçimi zamanı 700 bal sistemi üzrə ixtisaslar üzrə müsabiqə balı formalaşdığı üçün birdən birə dəyişiklik edilməsi problemlərə səbəb ola bilər. Amma hesab edirəm ki, 700 ballıq qiymətləndirilmə sisteminin də dəyişməsi mümkündür və yaxın illərdə bu ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »