Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna prezidenti rusiyalı həmkarına görüşməyi təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti Belarusun paytaxtı Minskdə müzakirə etməyi təklif edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Vladimir Zelenski bu barədə “Facebook” səhifəsində müraciətində bildirib.

“Danışıqlar üçün bu şəxsləri təklif edirəm: Mən, siz (Vladimir Putini nəzərdə tutur - red.), ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron”, - deyə o vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifini dəyərləndirərək bildirib ki, beynəlxalq münasibətlərdə mümkünsüz heç nə yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »