Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İpoteka fırıldağı - Bank işçilərinin özləri hərraca qoyulmuş evləri ucuz qiymətə alırlar

Mənzil problemi xüsusən Bakı ərazisində hər zaman aktual olaraq qalır. İpoteka haqqında qanun və İpoteka Fondu yaradılanda ev sahibi olmaq istəyən insanlarda ümid yarandı. Lakin ipoteka ilə neçə nəfər evli ola bildi, neçə nəfər yarıdı? Yəqin ki çox az sayda insan.

İpoteka ilə bağlı adətən sadə insanları həmişə bir sual maraqlandırır? Mənzili aldıqdan sonra ödəniş qabiliyyətim olmazsa ödədiyim pullar geri qaytarılırmı? İpoteka ilə mənzil alan şəxs əgər imkan yaranarsa birdəfəlik ödənişlə borcunu bağlaya bilərmi?

Bizimyol.info-nun redaksiyasına daxil olmuş izləyici suallarına cavabı iqtisadçı ekspert Rəşad Həsənovdan alırıq.

Rəşad Həsənov

İlk sualımıza cavab olaraq ekspert bildirdi ki, qanunvericiliyə əsasən, borcalan şəxs ( ipoteka ilə mənzil alan vətəndaş) 3 ay ərzində kredit borcunu ödəməzsə, mənzil onun əlindən alınır. Geri alınan mənzil bank tərəfindən hərraca çıxarılır. Qanuna əsasən, hərraca çıxarılmış mənzilin maksimal yüksək qiymətə satışına nail olmaq lazımdır. Mənzil alındıqdan sonra borclu şəxsin banka olan borcu ödənilir, yerdə vəsait qalıbsa onunla da vətəndaşın ödədiyi pullar geri qaytarılır. Əgər hərraca çıxarılmış ev vətəndaşın borcunu ödəməyə yetmirsə, onun zəmanət altına qoyduğu digər əmlakı da əldən gedə bilər. Rəşad Həsənov evlərin hərraca çıxarılması zamanı yol verilən nöqsanlardan və çox ağrılı bir prosesdən də bəhs etdi.

“Birinci məqam ondan ibarətdir ki, banklar evi dəyər- dəyməzinə satmağa çalışırlar. Tutaq ki, 150 min manatlıq bir evi 120 min manata satmaqla özləri qazanc əldə etmiş olurlar. Başqa bir problem bu hərraclarda digər şəxs və qurumların iştirakının təmin edilməməsidir. Yəni bank əməkdaşları özləri müxtəlif yollarla hərraca daxil olur, evin dəyərini azaldır və həmin evi çox ucuz qiymətə alırlar. Burda zərbə yalnız ipoteka şərtlərini həyata keçirə bilməyən şəxsə dəyir”.

Başqa bir sual da borcalanın ipoteka borcunu vaxtından əvvəl bağlamaq istəyi ilə bağlı oldu. Rəşad Həsənovun dediyinə görə, ipoteka borcunu müqavilə bağlandıqdan 3 il sonra bağlamaq olar. Bu bankın çəkdiyi xərcləri ödəməsi üçün nəzərdə tutulan qanuni prosesdir.

Müasir şərtlər altında ölkəmizdə ipoteka ilə mənzil almaq hər kəs üçün əlçatan deyil.Bunun bir sıra səbəbləri var. Birinci səbəb əhalinin maaşlarının ipoteka tələblərinə cavab verməməsidir.Bu gün ölkə ərazisində işləmək gücündə olan 5 milyon vətəndaşın aldığı əmək haqqı minimum əmək haqqı səviyyəsindədir.Düzdür ipoteka qanunlarına əsasən, ailə üzvlərinin qazancı ümumiləşdirilə, ortaq hesablana bilər. Lakin bu belə yetərli vəziyyətdə deyil.

Başqa bir problem isə dövlətin ipoteka ilə bağlı ayırdığı maliyyənin azlığı ilə bağlıdır. Ayrılan 50 milyon vəsait və bankların kredit portfelinin yetərsiz olması ipoteka ilə ev almaq istəyənlərin uzun- uzadı növbələrdə dayanması ilə nəticələnir. Üstəlik bir çox bankların ipoteka krediti ayırması üçün tələb etdiklər “ şapka” rüvət məsələsi də var. Yəni onsuz da kredit alarkən böyük faizlərlə üz – üzə qalan vətəndaş hələ bu kreditin alınması üçün də “görüm-baxım” eləməli olur, həmdə balaca məbləğdə deyil. Bu proses əlbəttə ki, aşkar aparılmır, gizlin həyata keçirilir.

Xatırladaq ki, ipoteka güzəştli şəstlərlə aşağıdakı şəxslərə verilə bilər.

o Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

o Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

o Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

o Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

o Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

o Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

o İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

• Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

• Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

• Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

• Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

• ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »