Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkoloji xəstələrin müalicəsində yenilik tətbiq ediləcək

Narkoloji xəstələrin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji korreksiya kursu aparılacaq.

APA-nın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya kursu aparılmalıdır. Təklif edilən dəyişikliyə əsasən isə narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır. Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Həkim-narkoloq kliniki (tibbi) psixoloqla birlikdə psixoloji korreksiya proqramını tərtib edəcək. Eyni zamanda narkoloji xəstələrin könüllü müalicəsi müddətində psixoloji korreksiya dövründə də onlara digər xəstəliklərin müalicəsi zamanı tətbiq edilən bütün sosial təminatla tətbiq ediləcək.

Qanun layihəsi bu gün Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Bütün xəbərlər »