Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə avtomobil zavodu Rusiyadan 400 milyon dəyərində ehtiyat hissələri alacaq

Gəncə Avtomobil Zavodu Rusiyanın “KamAZ” şirkəti arasında maşın komplektlərinin tədarükü üzrə müqavilə bağlanıb. Müqavilənin dəyəri 400 milyon rubl təşkil edir.

Bu barədə Rusiya Ticarət və Sənaye Nazirliyinin rəhbəri Denis Manaturov məlumat verib. Xatırladaq ki, iki müəssisə arasında əməkdaşlığa dair saziş hələ 2014-cü ildə imzalanmışdı. 2014-cü il dekabrın 22-də Gəncə Avtomobil Zavodu ilə Rusiyanın “KamAZ” zavodu ilə ikitərəfli müqavilə imzalanıb.

Sənədə görə, 2015-cı ilin əvvəlindən başlayaraq, Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start verilməliydi. Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən, yığılacaq "KamAZ" avtomobillərinin ilkın mərhələdə Azərbaycan bazarında, sonralar isə xarici bazarda satışı planlaşdırılır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »