Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş yerini soyan oğruya iş və evində yer verdi - Video

Antalyada baş vermiş maraqlı hadisə ölkə mediasının diqqətini çəkib. 48 yaşlı Əli Saçıkara iş yerindən oğurluq etmiş 53 yaşlı Almaniya vətəndaşı, rus əsilli Jan Aleksandroviç Trokiyə həm iş verib, həm də evində qalmağa yer ayırıb.

Bizimyol.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əli Saşıkaranın iş yeri 2 ay öncə soyulub. Təxminən 10 min TL dəyərində kompüter və spirtli içki oğurlayan Troki nəzarət kameraları vasitəsi ilə izlənərək tezliklə tapılıb. Məhkəmədə bütün vurduğu zərəri ödəyəcəyini deyən Trokinin ölkədən çıxışına yasaq qoyuldub və o azadlığa buraxılıb. Trokinin qaldığı pansiona gedən Əli Saçıkara onun həddən artıq pis vəziyyətdə yaşadığını görüb mərhəmətə gəlir və Trokini öz kafesində işə götürür. Daha sonra keçmiş oğrunun maddi imkansızlığını nəzərə alaraq, evində yaşamağa dəvət edib.

Oğru və sahibkar

Əli Saçıkara indi Trokini işə götürməsindən çox məmnundur:

“Bir neçə xarici dl bilir, müştərilərlə çox peşəkarcasına davranır. Evimə alanda əvvəl ehtiyat edirdim ki, yenə oğurluq edər. Bir neçə dəfə açıq yerlərdə pul, qızıl qoyaraq götürüb-götürməyəcəyini yoxladım. Güvənimi doğrultdu, indi dostuq”,- deyə Əli Saçıkara bildrib.

Aprel ayında Türkiyəyə turist olaraq gələn Jan Troki əvvəllər bahalı oteldə qaldığını, pulu bitincə isə oğurluq etdiyini söyləyib. Əli Saçıkaranın ona göstərdiyi insanlıq dərsindən çox təsirlənən almaniyalı Türkiyə vətəndaşlığını qəbul etməyə qərar verib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »