Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqoda avtobus qəzasında 9 nəfər ölüb

Konqo Demokratik Respublikasında sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb, 47 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli radio “Radio Okapi” məlumat yayıb. Qeyd olunub ki, hadisə Kikvit şəhərinin yaxınlığında yerləşən Kvilu vilayətində qeydə alınıb. Sərnişin avtobusu paytaxt Kinşasaya gedərkən üç avtomobillə toqquşub.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Son xəbərlər
Bütün xəbərlər »