Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyanın yeni prezidenti ilk səfərini Estoniyaya edəcək

Latviyanın yeni prezidenti Eqil Levitsin iyulun 8-də andiçmə mərasimi keçiriləcək.

Bununla bağlı Riqada avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda, ictimai nəqliyyat da gün ərzində pulsuz hərəkət edəcək.

Eqil Levits əvvəlcə Azadlıq heykəlinin önünə çələng qoyacaq, daha sonra isə elə oradan xalqa müraciət edəcək. Bu müraciət forması Latviyada ilk dəfədir.

Yeni prezident andiçmədən sonra ilk rəsmi səfərini Estoniyaya edəcək.

Son xəbərlər
Bütün xəbərlər »