Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu səhiyyə nazirinə qəzəblənərək onunla görüş tələb etdi

İsrailin baş naziri Binyamin Netanyahu hökumətin bu gün keçirilmiş iclasında səhiyyə naziri ilə görüşün keçirilməsini tələb edib.

Virtualaz.org “Walla” portalına istinadən xəbər verir ki, vəziyyətin maraqlı tərəfi səhiyyə naziri funksiyalarını Netanyahunun özünün icra etməsindən ibarətdir.

Mənbəyə görə, səhiyyə sistemindəki problemlərlə bağlı məlumatlardan qəzəblənmiş Netanyahu yumruğunu masaya çırpıb və tələb edib ki, səhiyyə naziri ilə görüş təyin olunsun.

“Cənab baş nazir, bu, sizin özünüzsünüz”, - iclas iştirakçıları ona xatırladıb.

Qeyd olunur ki, səhiyyə sisteminə bilavasitə rəhbərliyi nazir müavini postunu tutan Yaakov Litsman həyata keçirir.

Son xəbərlər
Bütün xəbərlər »