Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran uranın zənginləşdirilməsi normasına riayət etməyəcək

İran daha özünün nüvə obyektlərində uranın zənginləşdirilməsi norması ilə bağlı məhdudiyyətlərə riayət etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında İranın xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran bu addımı nüvə sazişi üzrə öhdəliklərin avropalı müttəfiqləri tərəfindən yerinə yetirilməməsinə cavab olaraq atıb.

A.Araqçı bildirib ki, bununla bağlı müraciət Avropa Birliyinə göndəriləcək.

Nazir müavini vurğulayıb ki, bu addım nüvə proqramı üzrə razılaşmanın saxlanılmasına yönəldilib.

Daha əvvəl İran Prezidenti Həsən Ruhani də bildirib ki, İran uranın zənginləşdirilməsini nüvə sazişindəki səviyyədən yuxarı qaldırmaq niyyətindədir.

O, nüvə sazişi ilə bağlı öhdəlikləri bir kənara qoyub, zənginləşdirmə səviyyəsini yuxarı qaldıraraq istədikləri səviyyədə saxlayacaqlarını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »