Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəngli zibil qabları niyə məhz mərkəzi küçələrdə quraşdırılıb?
Bakıda bərk məişət tullantılarının idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Böyük Britaniya şirkəti ilə bağladığı müqaviləyə əsasən tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili üçün yeni Konsepsiyasının tətbiqinə başlanılıb.Şəhərin mərkəzi üküçələrində demək olar ki, 15 -20 metrdən bir rəngli zibil qutularına rast gəlmək olur. Üstəlik sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlərin paylanacağı bildirilib.

Qeyd edək ki, konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə iyulun 10-dan start veriləcək. Bu çox gözəldir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu layihə yalnız şəhərin mərkəzində həyata keçirilir. Ətraf rayonlarda bu addım reallaşdırılmır.

Dünya təcrübəsindən məlumdur ki, insanların tullantıları çeşidləyərək təhvil verməsi üçün müxtəlif təşviqedici addımlar atılır. Məslən, təhvil verilən tullantıların yerinə kontur hədiyyə edilir, və ya qonşu Türkiyədə başladılmış yeni bir layihəyə əsasən “ Zibil gətir, qızıl apar” kampaniyası başladılıb. Əhalisi həddən artıq sıx olan Bakıda, üstəlik Bakının ətraf rayonlarında ekoloji vəziyyətin gərgin olduğunu nəzərər alaraq bu kimi addımların atılması böyük fayda verə bilərdi. Yəni, Bakının təmizliyi kampaniya xarakteri daşımamalı, əhalinin daim maraq dairəsində olmalıdır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »