Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la Türkiyənin “arasını vuran” raketlər bu gün təyyarələrə yüklənir

Bu gün Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin birinci partiyasını Türkiyəyə çatdırılması prosesinə başlayacaq.

Virtualaz.org xəbər verir ki, “Habertürk” telekanalı anonim mənbələrə istinadən bu haqda bildirir.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri sifariş verməsi ABŞ-la münasibətlərin kəskin pisləşməsinə səbəb olub. Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etməklə hədələyir və F-35 qırıcılarını Türkiyəyə verməyəcəyini bildirir.

Bildirilir ki, S-400 komplekslərini birinci partiyası bu gün iyulun 7-də bazar günü Rusiya hərbi bazalarından birində iki hərbi-nəqliyyat təyyarəsinə yüklənəcək. Komplekslərin ertəsi gün Türkiyəyə yola salınacağı gözlənilir. Habelə sabah iyulun 8-də 9 rusiyalı hərbi mühəndisdən ibarət heyət komplekslərin quraşdırılması üçün Türkiyəyə göndəriləcək. Birinci partiyada bir batareya S-400 kompleksinin göndərilməsi nəzərdə tutulur. Türkiyə cəmi 4 batareya belə kompleks sifariş verib.

Ötən həftənin cümə günü Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə təsdiq edib ki, S-400 komplekslərinin birinci partiyası “çox tezliklə, yaxın günlərdə” çatdırılacaq. O, komplekslərin Türkiyənin hava sahəsinin qorunmasında fəal istifadə ediləcəyini də deyib.

Bununla belə prezidentin mətbuat katibi əlavə edib ki, hakimiyyət hələ də S-400 komplekslərinin harada yerləşdirilməsi variantlarını müzakirə edir. Onun sözlərinə görə, əvvəllər də Vaşinqtonla münasibətləri kəskinləşdirməmək üçün komplekslərin müvəqqəti olaraq Qətərdə və ya Azərbayanda yerləşdirilməsi variantı müzakirə edilmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da S-400 komplekslərinin hissələrinin iyulun 7-də təyyarələrə yüklənəcəyini təsdiq edib. Onun sözlərinə görə, S-400 komplekslərinin Türkiyəyə çatdırılması yönündə işlər planlaşdırıldığı kimi gedir.

ABŞ-ın S-400 komplekslərinin alınmasına cavab olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi məsələsi hələ açıq qalır. Bu günlərdə Yaponiyada G-20 sammiti zamanı Ərdoğanla görüşündə ABŞ prezidenti Tramp sanksiyalar tətbiq etməyəcəyi haqda bəzi mesajlar verib. lakin Konqres bu məsələdə daha sərt mövqedədir və sanksiyaların tətbiqi haqda qanun layihəsi artıq hazırdır. Habelə ABŞ Türkiyənin artıq pulunu ödədiyi (1.2 milyard dollar) F-35 qırıcılarını da verməyəcəyini açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »