Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar şirkətlərə daha çox qazanmağa mane olur

Norveçdən, Almaniyadan və ABŞ-dan olan tədqiqatçılar qrupu Skandinaviya ölkəsində qadın rəhbərlərin şirkətlərin fəaliyyətinə təsirini araşdırıblar. “Daily Mail” qəzeti bununla bağlı yazı hazırlayıb.

Bizimyol.info xəbər verir ki, araşdırmaya görə, qadınlar şirkətlərə çox qazanmağa mane olur. Norveçdə şirkətdə bir və ya iki qadının rəhbərlikdə təmsil olunması orta gəlirin 12,3 faiz aşağı düşməsi deməkdir.

“Daily Mail” yazır ki, 2003-cü ildə qəbul olunan qanuna görə, birjada qeydiyyatdan keçmiş şirkətlərin direktorlar şurasının heyətinin 40 faizi qadınlardan qurulmalıdır. Tədqiqatçılar bunu araşdırma predmeti ediblər. Məlum olub ki, 2003-cü ildən sonra Norveç şirkətləri daha az qazanmağa başlayıb. Bunu qadınların risk etməkdən çəkinməsi ilə əlaqələndirirlər.

Tədqiqatçılar belə bir qanunun olmadığı İsveç, Finlandiya və Danimarka ilə müqayisə aparıblar. Norveçə qonşu, yaxın ölkələrdə gəlir göstəriciləri bu qədər aşağı olmayıb.

Qadınların direktorlar şurasında çox təmsil olunmasının bir müsbət tərəfi var. Ümumi təhsil səviyyəsinin yüksəlməsi müşahidə olunur.

Son xəbərlər
Bütün xəbərlər »