Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın Çempionlar Liqası üçün sifariş ərizəsi - Siyahı

"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi "Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.

Qaynarinfo xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb. Baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.

Yeni transferlər Xayme Romero və Aylton Silvanın adı siyahıya salınıb.

Qapıçılar: 12. Şahrudin Məhəmmədliyev, 13. Vaqner Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı

Hücumçu: 11. Mahir Emreli

Qeyd edək ki, "Qarabağ” "Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər
Bütün xəbərlər »