Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni qatarların xətdən çıxarılması barədə xəbərlərə rəsmi reaksiya

Bu gün səhər saatlarında metronun "20 yanvar" stansiyasında qatarın 7 dəqiqəlik gecikməsi halı sərnişinlərin narazılığına səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Eyni zamanda vətəndaşlar bildiriblər ki, bir neçə gün öncə xəttə buraxılan müasir tipli qatarların xəttən çıxarıldığını da iddia ediblər.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yay rejiminə keçidlə əlaqədar 7 dəqiqəlik gecikmə normaldır və qatarların xətdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

"Yay rejiminə keçidlə əlaqədar olaraq 6-7 dəqiqəlik gecikmə normaldır. Yayılan digər məlumatla bağlı onu deyə bilərəm ki, bu həqiqəti əks etdirmir. Nəinki yeni, köhnə qatarlar da, qrafik üzrə xəttə buraxılır. Həmin qrafik üzrə hərəkətini başa vurduqdan sonra texniki baxış üçün depoya göndərilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »