Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti danışdı: “Xəcalət çəkirəm”
Xalq artisti Faiq Ağayev bildirib ki, yalan danışan insan görəndə özünü pərt olunmuş hiss edir və onların yerinə xəcalət çəkir. Sevilən sənətçi bir çoxları kimi bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə, pessimist notlara köklənmir. O, hesab edir ki, gələcək haqqında ancaq müsbət fikirdə olmaq lazımdır.

“Üç nöqtə” layihəsi çərçivəsində bu həftə yarımçıq qoyulan sualları Faiq Ağayev tamamlayıb.

- İndiki ağlım olsaydı...

- Zəmanəyə uyğun olaraq bizneslə məşğul olardım.

- Zəmanət verə bilərəm ki...

- Verdiyim sözə hər zaman əməl edirəm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Çox şablon cavab olsa da, müharibələrin qarşısını alardım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Həqiqətən sevdiklərinə.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hesab edirəm ki, qadın sevdiyi kişinin yarısı olmalıdır. Onunla birnəfəs, bircan olmağı bacarmalıdır. Bu, həm qadınlara, həm də kişilərə aiddir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Nəyə görə edirlərsə, əcəb edirlər. Amma kişili, qadınlı yaşını yalan deyən insanlardan heç xoşum gəlmir. Təki yalan deməsin və özünü saxta sənədlə cavanlaşdırmasın.

- Qadına qarşı şiddət...

- Kəskin şəkildə qınayıram.

- Vicdanıma and olsun ki...

- And içməyi sevmirəm.

- Mən təəssüf edirəm ki...

- Təəssüf etdiyim bir çox məqamlar var. Odur ki, bu bəndə dəqiq cavab verə bilməyəcəm. Dərin sualdır, yalnız onu deyə bilərəm ki, bir fərd olaraq dünyada baş verən bir çox hadisələrə təəssüf edirəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Hamı kimi onunla söhbət edib özümlə bağlı məlumatlar öyrənmək istərdim.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…

- Belə bir insan yoxdur. Unutmağı bacarmaq lazımdır.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...

- Bu, bəziləri üçün lənət də, rəhmət də, yaxud da rahatlıq da ola bilər. Digərləri üçün özüdərketmə də ola bilər.

- Ən böyük səhvim o olub ki...

- Yanlış insanlara inanmışam.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Özünü pərt olunmuş hiss edirəm, onların yerinə mən xəcalət çəkirəm.

- Riyakarlıqla üzləşəndə...

- Çalışıram ki, yan keçim, o əhatədə olmayım.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Allah hər kəsi eynihüquqlu yardıb, hamımıza eyni imkanlar verilib. Sadəcə bəzi insanlar o imkanlardan istifadə edə bilir, bəziləri isə yox.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bütün dövrlərdə insanlar gələcəyi fikirləşəndə təəssüflənir. Məsələn, böyüklərə hörmətin azaldığı ilə bağlı, yaxud əvvəlki illərlə müqayisədə havanın çirklənməsi və s. bu kimi fikirlər səslənir. Nədənsə çoxları gələcəyə bədbin baxır. Amma insan arzu və pozitiv istəklərlə yaşamalıdır. Bu bəndə ümid edirəm sözü ilə sonluq verərdim.

- Günahlarım yadıma düşəndə...

- Səbəblərini araşdırıram ki, bir daha o səhvlərə yol verməyim.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Bir-birindən muğayat olsunlar.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Heç vaxt itirməməşəm, əsla da itirmərəm.

- Yaxşı gündə, pis gündə...

- Çalışın ədalətli olun.

Publika.az

Son xəbərlər
Bütün xəbərlər »