Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yeniyetmə oğlan və qızları gizli videolarla şantaj edib 359 min dollar alıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərə hökm oxunub. Onlar yeniyetmələrin dələduzluq və hədə-qorxu ilə xeyli pulunu əlindən alıb. Söhbət ümumilikdə 359 min dollardan gedir.

Bizimyol.info xəbər verir ki, hökmə əsasən Famil Qəfərov 9, Şahid Tarverdiyev 8, Elmar Əliağazadə 6 il azadlıqdan məhrum edilib. Onlar müxtəlif yeniyetmələrin pulunu, zinət əşyalarını mənimsəyib.

Təqsirləndirilənlərin toruna əvvəlcə Füzuli rayon sakini olan 16 yaşlı yeniyetmə oğlan düşüb. Onunla münasibətləri yaxşılaşdırıblar, hətta yeniyetmə üçün əyləncə məclisləri təşkil ediblər. İttiham olunan şəxslər məhz bu məclislərdə həm yeniyetmənin, həm də ayrı-ayrı qızların intim görüntülərini əldə ediblər. Sonra şantaj mərhələsi başlayıb. Şantaj olunanlar daim bu üç nəfərə pul, zinət əşyaları verirmiş. Təqsirləndirilənlərin yeniyetmələri silahla da hədələdiyi bildirilir.

Məhz ilk şantaş olunan yeniyetmə oğlan bunun belə davam etməli olmadığını anlayıb, Bakı Şəhər Baş Polis İdarəsinə üz tutub. Onun şikayəti əsasında həmin üç nəfəri həbs ediblər.

Məhkəmədə Famil Qəfərovun daha çox cinayətdə əli olduğu üzə çıxıb. O, özünün münasibətdə olduğu qadınları da şantaj edirmiş. Üstəlik, anasından da pul tələb edir, evi satıb ona verməsini istəyirmiş.

Məhkəmə bildirilib ki, istintaq hələlik Famil Qəfərovun yalnız 16 yaşlı yeniyetməyə qarşı əməllərinə hüquqi qiymət verib. Amma digər əməlləri də cəzasız qalmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »