Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Expressbank-dan sərfəli bank seyfləri xidməti

Pərakəndə və biznes bankçılıq sahəsində ölkənin aparıcı banklarından olan Expressbank müştərilərə yay tətilində rahat istirahət etmələri üçün dəyərli əşyalarını məxfilik qorunmaq şərti ilə Bankın seyflərində saxlanılması üçün icarə xidmətini təklif edir.

Bu xidmət müştərilərin evlərində saxladığı qızıl zinət əşyaları, xüsusi əhəmiyyətli sənədlər, pul və digər dəyərli nəsnələrin təhlükəsiz saxlanması üçün nəzərdə tutulur. Müştərilər bankda saxladıqları əşyaları və pullarını bankın iş saatları çərçivəsində istənilən zaman götürə bilərlər.

Hər zaman müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın təklif etdiyi bu xidmətdən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də faydalana bilər. Seyflərin icarə qiyməti seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Bu barədə daha ətraflı aşağıda tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »