Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik vağzalın qarşısındakı şəxsi sığınacağa yerləşdirdi – Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dəmir Yolu Vağzalının qarşsında köməksiz vəziyyətdə qalan görmə əngəlli şəxsə kömək edəcəyi barədə xəbər vermişdik.

Bizimyol.info xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində yaşayış yeri olmadığına  görə çətin həyat şəraiti keçirən Lənkəran şəhərində qeydiyatda olan, 1935-ci il təvəllüdlü, I qrup gözdən əlil Fayaz Baxış oğlu Məhərrəmovun yrləşdirilməsi ilə bağlı tədbir görülüb.

Həmin ahıl şəxsin bildirdiyinə görə, uzun illər əvvəl övladı ona məxsus evi sataraq, onu biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb. Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb.

Fayaz Baxış oğlu Məhərrəmovun

Bu gün F.Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir.

Onu da bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.

Eyni zamanda, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb.

Vagzalin da yasayan

I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək.

Son xəbərlər
Bütün xəbərlər »