Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn ildən kənd təsərrüfatı məhsullarının sığortalanmasına başlanılacaq

Son günlər taxıl sahələrinin yanması barədə xəbərləri tez- tez eşidirik. Hər yanğın hadisəsində əkinçiyə ən az 500 manat zərər dəyir. Kənd təsəsrrüfatı sahəsində əkinçiyə yanğınlarla yanaşı, sel, dolu, quraqlıq, bitkilərə düşən müxtəlif viruslar, xəstəliklər də ziyan vura bilir.

Bəs Azərbaycanda Kənd Təsərrüfatı sahəsində sığorta məsələləri nə zaman tam şəkildə həyata keçiriləcək? Məsələylə bağlı Bizimyol.info-ya danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirib ki, aqrar sığortanın inkişaf etdirilməsi vacibdir: “Aqrar sığorta haqqında qanun” təxminən bir həftə əvvəl qəbul olunub. Siz məsələyə yanan taxıl sahələri aspektindən yanaşdınız. Doğrudur, taxıl sahələrinin alov alması və külə dönməsi üçün dəqiqələr kifayət edir.İndi yanan sahələrə görə, əkinçilərə heç bir kompensasiya verilmir.

Kömək ondan ibarətdir ki, dövlət yanğının söndürülməsinə kömək edir. Ölkədə taxılçılıqdan da rentabelli sahələr var ki, onların sığortalanmasına ciddi ehtiyac var. Azərbaycanda fəaliyyət göstərən 18 sığorta şirkətindən yalnız 3-ü aqrar sığorta ilə məşğuldur. Onların gördüyü iş də çox azdır. 2018-ci ilin hesabatlarına nəzər salsaq aqrar sığorta ümumi sığorta portfelinin cəmi 0,01 faizini təşkil edib. Bu cüzi miqdardır. Hər il dövlət büdcəsindən bu sahəyə 1 milyon manat ayrılır. Lakin istifadə olunmur. 2018-ci ildə aqrar sığorta öfənişi cəmi 15 min manat təşkil edib. Ölkədə 863 min təsərrüfatın olduğunu nəzərə alsaq bu 15 minin nə qədər az miqdar olduğunu görmək olur”.

Ekspertin dediyinə görə, indi hüquqi baza yaradılıb. Əsas məsələ icra mexanizminin işlənib hazırlanmasından ibarətdir: “Ən önəmli məqamlardan biri də Sığorta Fondunun yaradılmasıdır. Bu fond yaradılsa ödənişlərin həyata keçirilməsində problem yaranmaz.Mütləq şəkildə büdcə ayrılmalıdır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq 2020-ci ildən Aqrar Sığortanın aktiv tətbiqinə başlanacaq”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »