Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacıqabul gölü qurudulur

Hacıqabul gölü qurudulur Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən Hacıqabul gölünün səviyyəsi enir.

Bu barədə bizimyol.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O, 9 kvadratkilometrə yaxın ərazisi olan gölün quruması səbəblərini açıqlayıb: “Həmin ərazidə Kür çayının səviyyəsinin tənzimlənməsi üçün bəndlər çəkilmiş, yəni Kürün daşqınlara məruz qaldığı ərazidə əhalinin təhlükəsizliyini təmin etmək üçün bəndlər çəkilib. Nəticədə Kür çayından Hacıqabul gölünə gələn təbii suların qarşısı alınmışdır.

Hacıqabul gölünün qurumasının digər səbəbi də gölə gələn suyun çoxu, həmçinin yeraltı suların da xeyli hissəsi Şirvan kollektoruna vurulmasıdır. Şirvan kollektoru qrunt sularının səviyyəsinin aşağı düşməsi gölün suyunun tükənməsinə səbəb olub. Son illərdə müşahidə olunan iqlim dəyişikliyi və temperaturun yüksəlməsi buxarlanmanın çoxlamasına səbəb olub”.

Nazirliyin rəsmisi bildirib ki, hazırda gölün qidalanma mənbəyi Hacıqabul şəhərinin bir hissəsindən ora axdılan tullantı sularıdır. “Gölün qurumasının ekosistem üçün mənfi təsiri ola bilər. Ora quşların qışlama yeridir. Vəziyyət belə davam edərsə, göl tamamilə quruya bilər. Bu sahədə təkliflər, məqsədlər və hədəflər var”,-deyə Mütəllim Əbdülhəsənov bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »