Şənbə , 24 Avqust, 2019
Baş səhifə / Dünya / Paşinyanın tələsik və hazırlıqsız Vyetnam səfəri

Paşinyanın tələsik və hazırlıqsız Vyetnam səfəri

111 Views

Ermənistanın baş naziri Nikol Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub.

Bunu Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, bu il mayın 24-də Ermənistanın Vyetnamdakı səfiri Raisa Vardanyan geri çağırılaraq yerinə Vaqram Kajoyan təyin edilib.

Ancaq yeni səfir etimadnaməsini Vyetnam hakimiyyətinə təqdim etməyib. Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb.

Qəzet hökumət başçısının səfərini tələsik və hazırlıqsız adlandıraraq yazıb: “Baş nazir faktiki olaraq Ermənistan səfiri etimadnaməsini təqdim etmədiyi ölkəyə gedir. Diplomatik qaydalara əsasən, bu anlaşılmazdır. Ona görə də səfirin etimadnaməsini təqdim etməsi üçün on gün gözləmək olardı. Bundan sonra səfər reallaşardı”.

“Report” xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama səfər edib.