Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici ölkələrdən qaytarılan məhsullar məhv edilir, yoxsa yerli bazarlarda satılır?

İyun ayının ortalarında Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan iki partiya faraş pomidorunun geri qaytarıldığına dair məlumat yayıldı.

Tonlarla pomidorun geri qaytarılmasına səbəb məhsula baxış keçirilən zaman onların üzərində Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi olub. Maraqlıdır, ölkəyə qaytarılan bu tipli məhsullar məhv edilir, yoxsa bazarlarda özünə yer tapır. Belə məhsulların istifadəsi əhalidə hansı xəstəliklərin yayılmasına səbəb ola bilər? Bizimyol.info-nun bu sualını kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli cavablandırıb.

Nicat Nəsirli qeyd edib ki, tomat güvəsi əslində insan həyatı üçün təhlükəli deyil. “ Tomat güvəsi yoluxmuş pomidoru adi su ilə yuyub rahatca istifadə etmək olar. Onun insan orqanizminə ziyanı yoxdur. Lakin güvələr göbələklər kimi sporlar vasitəsi ilə yayılırlar.

Nicat Nəsirli Nicat Nəsirli

Əgər belə məhsul başqa ölkənin ərazisinə keçibsə, külək vasitəsi ilə, hava yolu ilə rahatlıqla yayılıb, həmin vilayətdəki bitkilərin “xəstələnməsinə” səbəb ola bilər. Məhsulun geri qaytarılma səbəbi budur. O pomidorların məhv edilməsi və ya bazaralara çıxarılması məsələsinə gəlincə, bu barədə heç bir rəsmi açıqlanma verilmədi. Mən pomidorların məhv eilməsinə dair məlumat eşitmədim”,- deyə ekspert bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən konkret bu faktla bağlı bildirilib : Söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu, məhsulun daxili keyfiyyətinə qətiyyən təsir etmir. Lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra həmin məhsulların təkrar ixracına cəhd olunur”.

Qeyd edək ki, Azərbaycan həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi, bitki mühafizəsi təşkilatlarının üzvüdür. Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »