Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
100 yaşlı qadın uzunömürlülüyün sirrini açdı: İş "sosiska"da imiş

İngiltərənin Stansted şəhərinin uzunömürlü sakini bu yaşa sevimli yeməyi sayəsində gəlib. Qadın çörəkarası sosisi çox sevir.

Bizimyol.info xəbər verir ki, Meri Emersonun iyunun 30-da 100 yaşı tamam olub. Qadın indiyə qədər evinə gələnləri həmişə “sosiska”ya qonaq edib.

Meri Emerson Meri Emerson | Foto: Greggs / Triangle News

Meri təəssüf edir ki, daha çörəkarası sosis hazırlaya bilmir, çünki köməyə ehtiyacı var. Amma məhz bu yeməyin və pozitiv ovqatın onu 100 yaşa gətirib çıxardığını deyir.

Həyat yoldaşı Tomu 1976-cı ildə itirib. Ardınca bacısı da vəfat edib. Meri tam tək qalıb. Buna baxmayaraq, həmişə sağlam və xoşbəxt yaşadığını söyləyir.

Meri Emersonun ad günü Meri Emersonun ad günü | Foto: Greggs / Triangle News

Yubileyini yaxınları arasında keçirib. Qızı Keti anası haqda yüksək fikir deyir. Həm də onu əla kulinar sayır. Xüsusilə bişirdiyi sosislər dadlıdır.

Son xəbərlər
Bütün xəbərlər »