Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder ailəsi ilə birlikdə helikopter qəzasında həlak oldu

Dünən Baham adalarında helikopter qəzasında ölənlərin arasındaadı çəkilməyən milyarderin olması barədə dünya mətbuatında məlumatlar getmişdi.

Bizimyol.info xəbər verir ki, qəza nəticəsində həlak olan 7 nəfərdən biri kömür maqnati, amerikalı milyarder Kris Klayndır.

Milyarderin 62 yaşını qeyd etmək üçün ailəsi ilə birlikdə Baham adalarına səfər edib.Helikopter qəza edərək suya düşüb.Qəza nəticəsində ekipaj üzvləri və sərnişinlərin hamısı həlak olub. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.

K.Klayn 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində böyük uğurlar qazanaraq milyarder statusu alıb. "Forbes"in məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.

Son xəbərlər
Bütün xəbərlər »