Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəbnəm Tapdıq məşhur şəbnəmlərdən tələb edir – Adınızı dəyişin! - Foto

Mərhum şair İlyas Tapdığın qızı müğənni Şəbnəm Tapdıqova əvvəllər efirlərdə bir neçə müsahibəsində bildirmişdi ki, Azərbaycanda ilk dəfə bu ad ona verilib.

Bizimyol.info-nun xəbərinə görə, bu günlərdə müğənni Şəbnəm adının ilk daşıyıcısı olaraq, Müəllif Hüquqları Agentliyinə müraciət edərək, efirlərdəki məşhur şəbnəmlərin özlərinə təxəllüs seçməsini tələb edib. İnandırıcı görünməsə də reallıq budur ki, Milli Televiziya və Radio Şurası Şəbnəm Tapdığın bu müraciəti əsasında Speys, Lider, Xəzər və ATV kanallarına məktub göndərib. Analoji məktub həmçinin Müəllif Hüquqları agentliyinin adından da gedib.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli sorğumuza cavab olaraq bildirib ki, Şəbnəm Tapdıqova 2019-cu ilin iyunun 11-də ilk “Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Sosial şəbəkələrdə görüntüsü yayılan sənəd onun müraciəti əsasında alınan bildirişdir. O, “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib müğənninin adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciət şəxsi insan adlarına aid deyil . Mövcud qanunvericiliyə əsasən, şəxsi adlar müəllif hüququ ilə qoruna bilməz. İnsan adları ilə bağlı belə qayda yoxdur.Müəlliflik hüququ yalnız müğənninin atasının əsərləri ilə bağlı ola bilər.

sebnem 7

Qeyd edək ki, gənc müğənni Şəbnəm Qəhrəmanova, "Lider" televiziyasının aparıcısı Şəbnəm Həsənova da Milli Televiziya və Radio Şurasından (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub alıblar. Məktuba əsasən, Şəbnəm Tapdıq bütün tanınmış Şəbnəmlərin özlərinə efir psevdonimi, təxəllüs götürmələrini tələb edir.

Azərbaycanın ən tanınmış Şəbnəmi olan Şəbnəm Tovuzlunun bu iddia ilə qarşılaşıb qarşılamadığı ilə maraqlandıq. Müğənninin köməkçisi bildirdi ki, Şəbnəm Tovuzlu ilə Şəbnəm Tapdığın yaxşı münasibətləri var və ona qarşı belə bir iddia irəli sürülməyib.

Şəbnəm tapdığın iddiasını, tələbini başa düşmək olar. Bəlkə də hər insanın istədiyi qaydada başqasını məhkəməyə vermək hüququ da var. Məhkəmənin nə qərar verəcəyi ayrı bir məsələdir. Sadəcə MTRŞ-nin bu məktubu telekanallara ünvanlamasını anlaya bilmədik. Bəlkə də vəzifə borclarını yerinə yetiriblər, kim bilir.

Son xəbərlər
Bütün xəbərlər »