Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamal rayonunda sürücülərin və piyadaların həyatı təhlükədə - Video

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin ətrafında təhlükəli vəziyyət yaranıb.

Bizimyol.info xəbər verir ki, sözügedən ərazidə adıçəkilən yanacaqdoldurma məntəqəsi yol kənarında yerləşdiyindən nəqliyyat vasitələri yol kənarında saxlayaraq yanacaq doldurur. Bu isə istər piyadaların, istərsə də nəqliyyat vasitələrinin hərəkətinə mane olur və bilavasitə onların həyatını təhlükəyə atır.

Görüntülərdə də əks olunduğu kimi, məişət tullantılarını daşıyan nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq yanacaq doldurur. Yolun kənarında səkinin olmaması piyadaların yolun hərəkət hissəsinə çıxması zərurəti yaranır ki, bu da birbaşa təhlükəli vəziyyət deməkdir.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, onların bundan xəbəri yoxdur və sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, "Azpetrol" şirkətinin rəhbərliyinə müraciət etmək lazımdır:

"Bu məsələdən xəbərsizik. Artıq siz dedikdən sonra məlumatımız oldu, belə bir informasiya ilə tanış olduq. Bunu mən rəhbərliyə bildirəcəyəm. Hər bir halda siz bununla bağlı Bakı Nəqliyyat Agentliyinə və "Azpetrol" şirkətinə müraciət edin".

Bakı Nəqliyyat Agentliyinə və "Azpetrol" LTD MMC şirkətinə informasiya sorğusu göndərilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »