Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik saytlarda yaranan problemlə bağlı açıqlama verdi
Bu gün iternet vasitələrində yaranan problem  saytlara girişdə çətinlik yaradıb. Proses təxminən bir neçə dəqiqə davam edib.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən açıqlama yayıb.

Nazirlik bildirib ki, bu gün saytlarla bağlı baş vermiş hal kütləvi xarakterli olmayıb:

“İlkin olaraq bildiririk ki, hər bir texniki və server yüklənməsini haker hücumu ilə əlaqələndirmək düzgün deyil. Bu məqsədlə elektron media rəhbərlərinə tövsiyə olunur ki, öz serverlərinin təhlükəsizliyini və yüklənməsini mütəmadi nəzarətdə saxlasınlar.

Əks halda informasiya mübadiləsi zamanı istifadəçilərin çoxluq təşkil etdiyi anlarda hostinq və serverlərin işində texniki problemlər, xüsusilə fasilələr yarana bilər. İlkin araşdırmamız göstərdi ki, məhz bu gün yaşanan hal kütləvi xarakter daşımayıb və haker hücumu deyil”.

Məlumatda o da qeyd edilib ki, vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti müvafiq istiqamətdə araşdırmaları davam etdirəcək.

Son xəbərlər
Bütün xəbərlər »