Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi məğlubiyyətə görə hakimi ittiham etdi

Argentina milli komandası Amerika Kubokunda finala vəsiqə qazana bilməyib. Lionel Messinin kapitanı olduğu kollektiv yarımfinalda meydan sahibi Braziliyaya 0:2 hesabıyla məğlub olub.

Bizimyol.info xəbər verir ki, arentinalı ulduz komandanın oyunundan razı qalıb. Onun fikrincə, meydan sahiblərindən daha yaxşı oynayıblar. Messi hakimdən çox şikayət edir. Ekvadorlu Roddi Sambranonun rəqib qapısına bir neçə penaltini vermədiyini düşünür. Epizodların birində Serxio Aqueronu cərimə meydançasında kobudluqla dayandıranda referi hətta video yardım sistemi olan VAR-a da müraciət etməyib. Messi Cənubi Amerika futbol təşkilatı olan CONMEBOL-un ciddi planlar həyata keçirməli olduğunu fikirləşir.

Braziliya finalda Çili-Peru qarşılaşmasının qalibi ilə oynayacaq. Argentina isə üçüncü yer uğrunda oyunda həmin görüşün məğlub tərəfi ilə üz-üzə gələcək.

Messi turnirdə hələ də qol vurmayıb. Braziliya isə heç bir qarşılaşmada qapısından top buraxmayıb.

Argentina millisi 26 ildir turnirlərdə titul qazana bilmir.

Son xəbərlər
Bütün xəbərlər »