Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“CinemaPlus Amburan” kinoteatrında “Kino Gecəsi”
Kino gecesi 606

İyul ayının 6-dan 7-nə keçən gecə “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə “Kino Gecəsi” keçiriləcək.

Saat 23:00-dan səhər saat 7-dək qonaqlara “Yaraşıqlı, pis, əclaf” (“Cinemazadeh” studiyasında hazırlanmış azərbaycan dublyajı və rus dublyajı”), “Anonim qatillər klubu” (“Cinemazadeh” studiyasında hazırlanmış azərbaycan dublyajı və rus dublyajı”) və “Stokholmda bir gün” (rus dilində azərbaycan altyazıları ilə) filmləri nümayiş olunacaq.

Bütün gecəni səhərədək DJ-in dinamik musiqi ilə parlaq çıxışı tamaşaçıları əyləndirəcək. Həmçinin tədbirdə alkoqollu və alkoqolsuz içkilər olacaq.

Kino gecesi

“Yaraşıqlı, pis, əclaf” filmi real hadisələr əsasında çəkilib və ən məşhur qatillərdən biri haqqında danışır. Ted Bandi, yaraşıqlı və xarizmatikdir, onu görən

qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan

biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən

vaxt Ted həbs olunur – onu, qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham

edirlər. Zərif, ağıllı və mədəni bir oğlan – qəddar manyak ola bilərmi? Sevimli və

əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən

qəddar cinayətkarı?

“Anonim qatillər klubu” filmində bir neçə əfsanəvi və peşəkar muzdlu qatil gizli yerlərin birində yığışırlar. Orada onlar öz həmfikirləri arasında ani şiddətlərini boğmağı öyrənirlər. ABŞ senatorunun ölüm gecəsi günü kluba yeni sirli üzv daxil olur və bununla da fikir ayrılıqları başlayır. Hər kəs bir-birindən şübhələnməyə başlayır.

“Stokholmda bir gün” kriminal dramında 1973-cü ildə baş vermiş rezonans doğuran bir cinayət haqqında danışılır. Azad olunandan sonra girovların davranışı ictimaiyyət tərəfindən ciddi təəccüb ilə qarşılanır, çünki, girovların hamısı onları incidənlərə rəğbət bəsləyirdilər. Məlumdur ki, oğrulara vəkil xidmətlərinə görə qurbanların özləri öz təşəbbüsləri ilə ödəniş edirdilər. Bundan sonra, qurbanın öz oğrusuna rəğbət bəsləməsi halına hər yerdə stokholm sindromu adlandırmağa başlamışdılar. Filmi real hadisələr əsasında Robert Budro çəkmişdir. Filmin premyerası 2018-ci ildə Tribeca kinofestivalında baş tutmuşdur, böyük ekranlarda isə bir il sonra çıxmışdır.

Biletləri onlayn və “CinemaPlus Amburan Mall” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 15 AZN. VIP 25 AZN.

Əlavə məlumat: 012 499 89 88 və ya 119

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
››› Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
››› Cem Yılmaz: "Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram"
Son xəbərlər
Bütün xəbərlər »