Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hava yolları şirkəti uşağı səhvən başqa ölkəyə göndərdi

“United Airlines” aviaşirkətinin əməkdaşları çox böyük səhvə yol veriblər. 14 yaşlı məktəblini vətəni əvəzinə başqa ölkəyə göndəriblər.

Bizimyol.info xəbər verir ki, valideynsiz Nyu-Yorkdan Stokholma getməli olan Anton Berqi şirkət əməkdaşları Almaniyaya yola salıb. Yeniyetmə təyyarədən düşəndə İsveç paytaxtında yox, Düsseldorfda olduğunu anlayıb.

Uşağın anası Brenda Berq hava yolları şirkətinin səhvini təyyarə səmaya qalxan kimi başa düşüb. Dərhal “Twitter”də yazıb: “United, mənim oğlum indi başqa təyyarədədir!!! Siz onu Almaniyaya uçan təyyarədə əyləşdirmisiniz. Axı ona nəzarət etməniz üçün əlavə pul ödəmişdik”.

“United Airlines” bir neçə saat sonra səhvini düzəldib. Antonu Danimarkanın paytaxtı Kopenhagenə çatdırıblar. İsveçli yeniyetmə valideynlərinə altı saat gec qovuşub.

Brenda deyir ki, “United Airlines” hələ də səhv hərəkətə görə üzr istəməyib. Halbuki 5-14 yaş arası uşaqların valideynsiz uçması üçün əlavə 150 dollar alırlar.

Son xəbərlər
Bütün xəbərlər »