Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə Petkim limanında partlayış: Ölən və yaralananlar var - Video
İzmirin Aliağa bölgəsində yerləşən Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış baş verib. Partlayış zamanı 1 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Bizim yol.info xəbər verir ki, bu məlumatı Türkiyənin “Sabah” qəzeti paylaşıb.

Aliağa bölgəsinin valisi Erhan Günay partlayışdan sonra jurnalıistlərə verdiyi açıqlamada bildirib ki, partlayışdan sonra gəmidə yanğın baş verib və insidentin səbəbləri məlum deyil. Qəzadan dərhal sonra hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub:

”Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış zamanı 15 İtaliya və 1 Rumıniya vətəndaşı yaralanıb. Yanğın nəzarət altına alınıb. Yaralıların müalicəsi Aliaga Dövlət Xəstəxanasında davam etdirilir”,- deyə vali bildirib.

Petkim limanının yaydığı rəsmi açıqlamada isə deyilir: Saat 23:20 radələrində “Synzania” adlı gəmiyə maye hidrokarbon vurulması ilə bağlı görülən işlər zamanı hələlik naməlum olan səbəbdən yanğın baş verib. Yanğın zamanı İtaliya vətəndaşı Roberto Montegurdia həyatını itirib. 16 yaralı müalicə alır.

SOCAR-dan isə bildirib ki, “Petkim” limanında yanan gəmi şirkətə məxsus deyil

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.” “Petkim" limanının 5 saylı yanalma körpüsündə İtaliya gəmisində baş verən yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, iyul 1-i təxminən saat 23:20-də “Petkim" limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan İtaliya bayrağı altında üzən “Synzania” adlı gəmidə yanğın baş verib. Bildirilib ki, yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edilib ki, əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir. Bütün gəmi heyətinin təxliyyəsi təmin edilib. Hadisə nəticəsində gəmi üzvlərindən biri həyatını itirib, qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yanğının səbəbi ilə bağlı araşdırmalar davam edir.

Son xəbərlər
Bütün xəbərlər »