Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fuad Abbasov: "Rusiyaya qayıtmağı düşünmürəm"

Xəbər verdiyimiz kimi Rusiyada deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasov Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdib.

Bizimyol.info xəbər verir ki, jurnalist Fuad Abbasov tədbir zamanı jurnalistlərin sualların cavablandırıb. O, qeyd edib ki, yenidən Rusiyaya qayıtmaq şansı olsa da oraya qayıtmağı düşünmür:

"Başıma gətirilən bu olaylar SAR - Rusiya Ermənilərinin Təşkilatının rəhbəri Ara Abramyan adlı şəxs idi. Hətta mənim hıbsimin görüntülərini də məhz o çəkib Rusiya televiziyasında yayınlanmasının da xərclərini o qarşıladı.

Rusiya hökumətinin barəmdə çıxardığı deport qərarı ilə bağlı vəkilim daha yeksək instansiyaya apellyasiya şikayəti edib. Əgər Rusiya çıxardığı qərarla bağlı geriyə addım atsa və mənim yenidən Rusiyaya qayıtmaq şansım olsa da mən geri qayıtmaq barəsində düşünmürəm. Telefonumun internetə bağlandığı müddətdə mən jurnalistika fəaliyyətimi davam etdirəcəyəm".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »