Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikalı miqrant Londona göydən düşdü

Londonun cənub hissəsinin sakinlərindən biri bağçasında meyit aşkar edib. Klephem rayonunda hadisə yerinə gələn polislər aydınlaşdırıb ki, cəsəd bura göydən düşüb.

Bizimyol.info xəbər verir ki, afrikalı miqrant İngiltərəyə qanunsuz yolla daxil olmaq istəyirmiş. Onun “Kenya Airways” aviaşirkətinin təyyarəsi Londona çatarkən göydən düşdüyü bildirilir. Miqrant təyyarənin şassi hissəsində gizlənibmiş. Afrikalı Hitrou hava limanına çox az qalmış yerə düşüb. Hərçənd, onun bundan xeyli əvvəl soyuqdan donduğu ehtimal edilir. Təyyarə Keniyadan İngiltərəyə 9 saat uçur.

London sakini deyir ki, bağçaya gurultu səsinə gedib. Divarlar qana bürünüb. Cəsədin xüsusilə baş hissəsi tanınmaz vəziyyətə düşüb.

Hitrou hava limanının əməkdaşları təyyarənin şassi hissəsində axtarış aparanda miqrantın su və yemək olan çantasını aşkar ediblər. Polis araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »