Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyəyə S-400-lə bağlı sensasion təklif etdi

ABŞ Türkiyə ilə münasibətlərində gərginliyə səbəb olan S-400 zenit raket kompleksi ilə bağlı yeni düstur tapıb.

Publika.az xəbər verir ki, bu tövsiyə ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qrahamdan gəlib.

Senatorun tövsiyəsinə görə, Türkiyə S-400-ləri aktiv etməzsə, ABŞ da ona sanksiya tətbiq etməyəcək. Üstəlik, Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemi almalıdır.

 Lindsi Qrahamdan ABŞ

“Bizim qanunlarımıza görə, Türkiyə Rusiyadan aldığı S-400 batareyalarını aktiv hala gətirsə, qanun çərçivəsində sanksiya tətbiq olunması lazımdır. Əlavə olaraq, bir neçə gün əvvəl S-400-lərin aktivləşdirilməsi təqdirində, F-35 döyüş təyyarələrinin təhvilini ləğv edən qanun qəbul etdik. Çünki eyni zamanda həm F-35 transfer edib, həm də S-400-ə sahib olmaq mümkünsüzdür. Bu, bizə zərər verər. Prezident Ərdoğan bildirir ki, Donald Trampla görüşündə həmkarı ona “S-400-ü aktiv etsəniz belə, sanksiyaların yanından keçmək üçün yol taparıq” sözlərini deyib. Mən bu dialoqun gerçəkləşməsindən şübhəliyəm”.

Senator Donald Trampın Türkiyəyə “Patriot” batareyaları satmaq istəməyən Barak Obamanı ittiham etməsinə haqq qazandırıb. Bildirib ki, ABŞ o “Patriot”ları Türkiyəyə satmalı idi.

Son xəbərlər
Bütün xəbərlər »