Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etirazçılar parlament binasını ələ keçirdi

Honkonqda yüzlərlə etirazçı parlament binasına soxularaq yerli administrasiyanın rəhbəri Kerri Lemlə danışıqlar aparılmasını tələb ediblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Təxminən bir ay əvvəl başlayan etiraz aksiyaları ekstradisiya haqqında qanun layihəsində dəyişikliyə qarşı keçirilir. Dəyişiklik təsdiqlənəcəyi halda şübhəli şəxslərin Tayvan, Makao və Çinə təhvil verilməsini nəzərdə tutur.

Bazar ertəsi səhər saatlarından etibarən etirazçılar aqressiv şəkildə parlament binası qarşısına toplaşıb və metal predmetlər vasitəsilə pəncərə şüşələrini sındırmağa çalışıb. Buna nail olan aksiya iştirakçıları içəri daxil olduqdan sonra divarları qara rəngli boya ilə yazıblar, mebelləri və digər aksesuarları sındırıblar. Əraziyə, həmçinin çoxlu sayda polislər cəlb edilib və aksiya iştirakçılarından binanı tərk etmələri tələb olunub.

Tələb əməl olunmayınca polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Polis tez bir zamanda yerli Qanunverici şuranın binasını etirazçılardan təmizləyib və binaya nəzarəti gücləndirib. Hazırda binanın özü və onun ətrafı tam nəzarət altındadır.

Son xəbərlər
Bütün xəbərlər »