Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tacikistan turistləri cəlb etməyin yeni yolunu tapdı

İyunun 15-dən başlayaraq Tacikistana gələn turistlərə pulsuz SİM-kartlar təqdim olunur.

Bu cür SİM-kartlar 100 dəqiqə pulsuz danışıq və 100 meqabayt internet təqdim edir, eləcə də 10 gün müddətində işləyir.

Qeyd olunur ki, bu layihə Tacikistan Daxili İşlər Nazirliyinin turizm milisi ilə Tcell milli mobil operatoru arasındakı razılıq əsasında icra edilir.

SİM-kartları turistlər Düşənbə hava limanının turizm milisi şöbəsində, eləcə də bütün sərhəd məntəqələrində əldə edə bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »