Çərşənbə axşamı , 23 İyul, 2019
Baş səhifə / Araşdırma / İsrailin 71 illik, dünyanı silkələyəcək sirri açıldı – Foto

İsrailin 71 illik, dünyanı silkələyəcək sirri açıldı – Foto

3,038 Views

Israilin gizli nuve silahi 1

Sahib olduğu nüvə silahları haqqında beynəlxalq ictimaiyyətə bilgi verməyən İsrailin 80-90 arasında nüvə başlığı var.

Publika.az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları Universiteti (SIPRI) bildirib.

SIPRI-nin nüvə gücü bilgiləri ilə bağlı yayınmladığı hesabatda bildirilib ki, 2018-ci ilin əvvəlindən bəri dünya miqyasında nüvə silahlarının sayında azalma var. Lakin bu silahların modernizasiyası davam edir və nüvə müharibəsi riski artır.

Həmçinin qeyd edilib ki, İsrailin əlindəki nüvə silahlarının 30-a qədəri döyüş təyyarələrinin daşıdığı lazersiz bomba formasındadır. 50-yə yaxını isə ortamənzilli ballistik raketlə daşınan nüvə başlığıdır. Universitetin əlində İsrailin Almaniyadan aldığı “Dolphin” adlı sualtı gəmilərində nüvə başlığı taxılan və dənizdən göndərilən kruiz raketlərini daşımaq üçün bəzi dəyişikliklər edildiyinə dair bilgilər də var.

SIPRI-nin hesabatında ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın ümumlikdə, 2018-ci ildə 14 min 465 nüvə silahına sahib olduğu, bu ilin əvvəlində isə 13 min 865-ə düşdüyü bildirilib.

Dünya miqyasında nüvə sayında yaşanan geriləmədə ABŞ və Rusiyanın böyük faydası var. ABŞ ötən il 6 min 450 silaha malik olubsa, bu il bu rəqəm 6 min 185-ə düşüb. Rusiyada isə 6 min 850 rəqəmi 6 min 500 olub. Bu iki ölkə dünya miqyasında olan nüvə silahının 90%-nə malikdir.

İngiltərə 215 nüvə silahını azaldaraq 200-ə salıb. Çin isə tam əksinə 280 nüvə silahını artırıb və 190-a çatdırıb. Pakistan 140-150-dən 150-160-a qaldırdığı halda, Şimali Koreya 10-20-dən 20-30-a çatdırıb. Fransa və Hindistan nüvə silahı sayında dəyişiklik etməyib. Parisin 300, Dehlinin 130-140 nüvə silahı var.

Israilin gizli nuve silahi 2

İSRAİLİN NÜVƏ SİLAHI SİRRİ

Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Anlaşmasına (NPT) tərəf olmayan İsrailin nüvə proqramının “çox gizli” olması və rəsmi şəkildə heç bir bilginin olmaması səbəbilə bu ölkənin nüvə silahları ilə bağlı bilgilər təxmin edilir.

İsrail hökuməti nüvə silahına sahib olub-olmaması ilə bağlı bilgi verməsə də, bu ölkənin silahlara sahib olması məsələsində beynəlxalq ictimaiyyətdə tərəddüd yoxdur. Beynəlxalq mətbuatın məlumatına görə, 1948-ci ildə qurulduqdan sonra İsrail nüvə silahına sahib olmaqla bağlı qərar qəbul edib. 1952-ci ildə atom enerjisi komissiyası qurulub və bir neçə il sonra Fransanın köməyilə nüvə silahı proqramı başladılıb. Bu çərçivədə 1958-ci ildə Nəcəf çölündə Nəcəf Nüvə Araşdırma Mərkəzinin inşasına başlandı. 1962-1964-cü illərdə inşa prosesi tamamlandı. İsrail bu mərkəzin elmi araşdırmalar üçün qurulduğunu deyir. Lakin dünya mərkəzin nüvə maddələrinin istehsalı üçün qurulduğunu iddia edir. Təxminlərə görə, İsrail ilk nüvə silahını 1965-1968 illəri arasında əldə edib.

Israilin gizli nuve silahi 3

1977-ci ildə mərkəzdə işə başlayan Mordehay Vanunu adlı bir texniki işçi 8 il sonra istefa verib və təsisin içindən gizlicə çəkdiyi fotoları İngiltərənin “Sunday Times” nəşrinə verərək İsrailin gizli şəkildə nüvə silahı istehsal etdiyini bütün dünyaya göstərib. Xəbəri yalanlayan İsrail işdən ayrıldıqdan sonra Londona gedən Vanununu ölkəyə gətirərək istintaqa cəlb etmək üçün cəhd göstərib. Xəbərin yayımlanmasından qısa müddət öncə MOSSAD agenti olduğu bildirilən amerikalı qadınla tanış olan Vanunu bu qadına Londondan İtaliyanın paytaxtına getməyə razılıq verib. Amerikalı sevgilisi ilə 1986-cı ildə Romaya ayaq basdıqdan qısa müddət sonra Vanunu MOSSAD tərəfindən qaçırılaraq İsrailə gətirilib.

Gizli şəkildə ittiham olunub və 1998-ci ildə 18 il həbs cəzasına məhkum edilib. 2004-cü ildə həbsdən çıxıb.

Israilin gizli nuve silahi 4

Bu gün işğal altındakı Şərqi Qüdsdə yşayan Vanunuya İsrail vətəndaşı olmayanlarla danışmaq və ölkə xaricinə çıxmaq qadağandır.

Israilin gizli nuve silahi 5

Vəla olayı

İsraili heç vaxt nüvə sınağı keçirmədiyi deyilir. Lakin 1979-cu ildə yaşanan “Vəla olayı” hələ də öz sirrini qoruyur. ABŞ-a aid bir peyk Hind okeanının cənubunda 22 sentyabr 1979-cu ildə nüvə sınağı nəticəsində yarana biləcək işıq görüntüləmişdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi olayın nüvə testi olduğuna dair dəlillər əldə etmiş, lakin Ağ Ev bilgini yalanlamışdı. Beynəlxalq qaynaqlarda “Vəla olayı”nın bir nüvə sınağı olduğu və arxasında İsraillə Cənubi Afrikanın ortaq planının dayandığı iddia olunur.