Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır" - VİDEO - FOTO
Məktəbli formaları, çantalar, dərs ləvazimatları müxtəlif obyektlərdə fərqli qiymətlərlə satışa çıxarılıb.

ARB TV xəbər verir ki, məktəb bazarlığının daha çox vəsait tələb edən hissəsi isə məktəbli formalarıdır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, saxta formalar həm valideynlərin cibinə, həm də şagirdlərin sağlamlığına ziyan vurur.

Eyyub Hüseynov (ekspert): "İstehlakçılardan gələn zəngləri ümumiləşdirsək, keyfiyyət lazımi səviyyədə deyil. Ölkənin əmtəə bazarında keyfiyyətsiz formalar var, bunları ayırd etmək asandır. Pis qoxu, rəngi çıxır və s".

Məktəbli formalarının qiyməti yaş qruplaırna görə dəyişir. 1-ci sinifdən 6-cı sinifə qədər olan yaş qruplarına formalar 39 manata, 6-cı sinifdən yuxarı şagirdlərə isə 45 manata təklif olunur.

Çantalar 8 manatdan 56 manata kimidir. İş dəftərlərinə 10 %, 20 isə gündəliklərə endirim var.

Təxmini hesablamalara görə, aşağı sinif şagirdin bazarlığına 100, yuxarı sinif şagirdinin alış-verişinə isə 150 manat lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »