Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçədə tapdığı pulla milyonçu oldu, amma sahibinə qaytardı

İtirilən pul, adətən, geri qayıtmır. Yəni tapan adamların əksəri pulu mənimsəyir. Rusiyada bir qadın fərqli davranıb.

Bizimyol.info xəbər verir ki, Çelyabinsk şəhər sakini küçədə tapdığı çantanı polisə təhvil verib. Əlbəttə, içində nə olduğunu bilib. Qadın hətta pulları da sayıb. Ümumi məbləğ 1 milyon rublu keçibmiş. Qadın pulun bir hissəsinin ABŞ dolları ilə olduğunu deyib. Çantada plastik kartlar da olub.

Polis qısa zamanda çantanın sahibini tapıb. Pullar həmin adama təhvil verilib. Onun ləyaqətli davranan qadını mükafatlandırması haqda heç bir məlumat verilmir.

Son xəbərlər
Bütün xəbərlər »