Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsinin üstünə 4 asteroid gəlir

Yer kürəsi ilə potensial toqquşma ehtimalı olan 4 asteroidin adı açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar arasında diametri 900 metr olan 1979 XB xüsusilə ciddi təhlükə törədir. Saatda 70 min kilometr sürətlə hərəkət edən asteroid planetə hər saniyə 30 kilometr yaxınlaşır.

Avropa Kosmik Agentliyi onu Yerətrafı təhlükələr arasında 2-ci pillədə yerləşdirib.

Apofis asteroidi Yerdə 200 milyon kilometr uzaqlıqda yerləşir amma 2029-cü ildə 30 min kilometr məsafəyə qədər yaxınlaşacaq.

2010 FR12 asteroidi isə Yerlə toqquşacağı halda 2013-cü ildə Çelyabinsk vilayətində düşən meteoritdən xeyli az zərər vuracaq.

2000 SG344 asteroidi isə çox uzaqda olsa da, planetə hər saniyədə 1,3 kilometr yaxınlaşır.

Son xəbərlər
Bütün xəbərlər »