Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ər arvadını boğub öldürdü
Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Trend

Son xəbərlər
Bütün xəbərlər »