Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Adı əhalisinin sənətinə bağlı olan kənd – Dəmirçidə dəmirçi ilə söhbət - Foto - Video
Şamxının Dəmirçi kəndi

O kənddə prezident və xanımı da olub, “Şərəf kitabı”na qol çəkiblər

Azərbaycanın ən ucqar, maraqlı, qədim ərazilərinə səfərlərimizi davam etdirmək qərarına gəldik. Bu dəfə yolumuzu Şamaxı rayonunun Dəmirçi kəndindən saldıq.

Dəmirçi Şamaxı rayonunun qədim kəndlərindən biridir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanırmış.

Şamxının Dəmirçi kəndi - Dəmirçi Agahüseyn Ağahüseyn dayı emalatxanasını göstərib, sənətinin çətinliklərindən danışdı

Ağahüseyn dayı emalatxanasını göstərib, sənətinin çətinliklərindən danışdı

Sonradan kəndin adına Dəmirçi deyilib. Bu da kəndə yerləşmiş dəmirçi ailələrinin çoxluğu ilə bağlı olub. Kənd sakinlərinin sözlərinə görə, əvvəllər kənddə 40-a yaxın dəmirçi ailəsi yaşayırmış. İndi isə kənddə cəmi 6 dəmirçi ailəsi var.

Kənddə 125 ev var və bütün evlər çox qədim tarixə malikdir. Evlərin divarları çox məharətlə hörülüb. Evlərin dam örtüyü iki il əvvəl dövlət tərəfindən yenilənib.

Dəmirçi Ağahüseyn Hüseynov bizi kənd kafesi adlanan yerdə qarşılayıb evinə dəvət etdi Dəmirçi Ağahüseyn Hüseynov bizi kənd kafesi adlanan yerdə qarşılayıb evinə dəvət etdi

Sakinlər bildirir ki, hazırda kəndin 300-ə yaxın sakini var.

Kənddə dar küçələr, kiçik evlər və səmimi simalar görürüsən.

Nə qədər qəribə olsa da, biz kəndə gəlməmişdən sorağımız gəlmişdi. Şamaxı Rəsədxanasında olduğumuzu eşitmişdilər. Bizi kənddə gözləyirdilər.

Dəmirçi Ağahüseyn Hüseynov bizi "kənd kafesi" adlanan yerdə qarşılayıb evinə dəvət edir. Köhnə emalatxanasını göstərir və dəmirçi sənətinin çətinliklərindən danışır.

Demirci Agahuseyn ish bashinda 3 Dəmirçi hesab edir ki, bu elə bir sənətdir ki, gərək bütün ailə üzvləri bu işə dəstək olsun

O, deyir ki, uşaq yaşlarından bu işlə məşğul olur. Sözlərinə görə, ərəb-fars, rus və Ukrayna dillərini yaxşı bilir. Amma əsas sənəti dəmirçilikdir: "Düzəltdiyim əşyaları müxtəlif rayonların bazarlarında satırdım. 2016-cı ilə qədər işlədiyim emalatxana çox acınacaqlı vəziyyətdə idi. Rövnəq müəllim gəlmişdi kəndə. Düzü bilmirdim gələn kimdir kimdir. İcra başçısı Asif Ağayev və Rövnəq Abdullayev məni kənddə gözləyirdilər. İşlədiyim emalatxana ilə maraqlandılar. Onlar mənə söz verdilər ki, tez bir zamanda vəziyyət düzələcək və mənə emalatxana veriləcək. Dediklərini etdilər də. Mənə yeni emalatxana verdilər və bütün lazım olan əşyalarımı yeni emalatxanaya apardım. Bir müddət sonra prezidentimiz İlham Əliyev və xanımı da bizi ziyarətə gəldilər. Cənab Prezident vəziyyətimizlə yaxından maraqlandı. Sonra kəndin yollarını düzəltdirdilər. Lahıca yol çəkdilər. Kəndin bütün kommunikasiyasını yaratdılar. İndi başımızı aşağı salıb, çalışırıq. Bura 50-60 ölkənin diplomatik nümayəndələr ziyarətə gəlib".

Ağahüseyn dayı danışdıqca qəhər onu boğur, gözləri dolur. Səbəbini soruşduqda isə "siz mən çəkdiyim çətinliyi bilmirsiniz, görməmisiniz" deyir.

A.Hüseynovun "Şərəf kitabı" adlandırdığı kitab da var. Bu kitaba ölkə Prezidenti və xanımı da qol çəkib. Kitabda Dəmirçi kəndinə gələn bütün əcnəbilərin imzası və ürək sözləri yer alıb.

Ağahüseyn dayı dəmirçilik sənətinin xırdalıqlarından danışdı

Ağahüseyn dayı dəmirçilik sənətinin xırdalıqlarından danışdı

Ağahüseyn dayının yoldaşı Mətanət xanım da, uşaqları da onunla çəkic vurur. Dəmirçi hesab edir ki, bu elə bir sənətdir ki, gərək bütün ailə üzvləri bu işə dəstək olsun: "Biri körüyü çəkməli, digəri çəkic vurmalıdır. Yoldaşım da sevir bu sənəti. Dəmirçilik sənətinə maraq bizim qanımızda var. Bu sənəti yaşatmaq üçün düz, halallıqla işləmək lazımdır".

Mətanət xanım bizə çay təklif edib, sözə başlayır. Deyir ki, işi sevirsənsə, heç bir çətinliyini hiss etməyəcəksən: "Mən də bıçaqların əli incitməməsi üçün cilalayıram, məsti-xumar edirəm. Dəmirçilik gözəl və ailəvi sənətdir. Onu sevmək lazımdır".

Ağahüseyn dayı emalatxanada iş başında Ağahüseyn dayı emalatxanada iş başında

Onun sözlərinə görə, dəmirçilik məmulatlarına ehtiyac günbəgün artır. Çünki bu məmulatlar daha dözümlü olur: "Hazırladığımız məmulatları müxtəlif qiymətlərə satırıq. Xüsusən bıçaqlara ehtiyac duyulur. Bıçaqlar 3-6 manata satılır".

Ağahüseyn dayı deyir ki, ona emalatxana verməklə yenidən həyata qaytarıblar: "Burada vəziyyət çox ağır idi. Bu köhnə UAZ-ı görürsünüz? Bu UAZ-la Pirquluya 7-8 saata gedib çıxırdıq. Şükür olsun, indi vəziyyətimiz düzəlib".

Ağahüseyn dayı və həyat yoldaşı Mətanət xanım Ağahüseyn dayı və həyat yoldaşı Mətanət xanım

Daha sonra Ağahüseyn dayının emalatxanasına keçirik. Dəmirçi sobasını yandırıb, körüyünü işə salır və bizə dəmirçilik sənətinin xırdalıqlarından danışmağa başlayır.

Ara-sıra yanına müştəriləri gəlir, biri samovarını düzəltdirmək istəyir, bir başqası bıçaq alır.

Dəmirçi kiçik kənd olsa da, burada ürəyi geniş olan insanlar yaşayır.

Ağahüseyn dayı və müştərisi Read more: https://sputnik.az/life/20190626/420885257/adi-ehalisinin-senetine-baqli-olan-kendden-reportaj.html Ağahüseyn dayı və müştərisi

"Kənd kafesi"nə toplanmış insanların gülüş səsləri gəlir. Dəmirçidə sakinlər indi yaşayışlarından çox razıdır. Yollar təmir edilib, kəndə telefon, elektrik, qaz xətləri çəkilib. Kəndin mərkəzində olan müasir kafe kəndə gələn turistlərin istirahət mərkəzinə çevrilib.

İndi Dəmirçidə xoş bir sükunət var...

Paylaş »
››› Məşhur aktrisada beyin xərçəngi aşkarlandı – Ölmək üzrədir
››› Hərbi hospitalın qarşısındakı metro stansiyanın adı ilə bağlı açıqlama
››› Türkiyədəki yarışmada azərbaycanlı qadını aldatdılar
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› Azərbaycanda əsgəri məzarlıq yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »