Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəxsi təsərrüfatdan mal-qara oğurlanıb - Foto

Ötən gün axşam saatlarında Bərdə rayonunun Hacalli kəndində oğurluq hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, naməlum şəxs və ya şəxslər kənd sakini Amaliya Camalovaya məxsus təsərrüfatdan iki baş iribuynuzlu heyvan oğurlayıblar.

Mal-qara ogurlanib 2a68314

Qadının sözlərinə görə, hadisə zamanı tövlədə 21 baş mal-qara olub. Nəticədə təsərrüfat sahibinə 2500 manata yaxın ziyan dəyib.

A.Camalova bənzər hadisənin ardıcıl olaraq ikinci ildir baş verdiyini bildirib. Bundan əvvəl də kənddə fermerlərin xeyli mal-qarası müəmmalı şəkildə yoxa çıxıb.

Mal-qara oğurlanıb 2a68315

Zərərçəkən məsələ ilə bağlı Bərdə rayon Polis şöbəsinə müraciət etsə də, mal-qaradan hələ də xəbər yoxdur. Bu istiqamətdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »