Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın əsgər Şimali Koreya ilə bağlı dəhşətli faktlar açıqladı - Foto

Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir.

Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq Publika.az Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir:

Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menustrasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

Əsgər Qadın Şimali Koreya 2

Təxminən 10 il əsgərlik çəkən və 10 ildən çoxdur ki, Şimali Koreyadan çıxan Lee So Yeon 20-dən çox qadınla birlikdə qaldığı xatirələrini unutmadığını deyib.

"Çox tərləyirdik, döşəklərimiz çəltik qabığından idi, buna görə də bədənimizin qoxusu ona çökürdü. Heç xoş deyildi. Ən çətin isə çimmək idi. İsti su yox idi, dağdan gələn suya bağlı bir borunun altında yuyunurduq. Bəzən borudan qurbağa və ilanlar üstümüzə düşürdü", -deyə o bildirib.

Əsgər Qadın Şimali Koreya 3

Universitet professorunun qızı olan So Yeon indi 41 yaşındadır. Ailəsindəki kişilərin çoxu hərbçidir. 1990-cı illərdə ölkədəki quraqlıq səbəbindən ən azından hər gün yemək yemək üçün könüllü əsgər getdiyini deyib. Həmin illərdə minlərlə qadın eyni yolu seçmişdi.

"Şimali Koreyanın Gizli İnqilabı" kitabını yazan Jieun Baek "qıtlıq xüsusən qadınlar üçün çox çətin bir dövrə səbəb oldu. Daha çox qadın təcavüzə məruz qaldı", - deyə bildirib.

Əsgər Qadın Şimali Koreya 4

Şimali Koreyada ölkə mətbuatı da ciddi şəkildə nəzarətdə saxlanılır. Lakin bəzən məlumatlar və ya fotolar dünya mediasına sıza bilir. Şimali Koreya rejiminin dünyada görülməsini "çox da uyğun" bilmədiyi şəkillərin bəziləri.

Son xəbərlər
Bütün xəbərlər »