Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü qatarın altına atan qadının əri: "Gizlicə telefon işlədirdi" - TƏFƏRRÜAT
Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.

İntihara cəhd edən qadının əri Rəvan Əlizadə Report-a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nə bilim ki, gedib özünü qatarın altına atar?!"

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.

Son xəbərlər
Bütün xəbərlər »