Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya parlamentində kokain tapılıb

Britaniya parlamentində gizli axtarış maraqlı faktları ortaya çıxarıb. Qanunverici orqanın tualetində narkotik maddələrdən istifadə edirlər.

Bizimyol.info xəbər verir ki, Britaniya parlamentinin tualetində kokain tapılıb. Binanın 9 hissəsindən 4-də axtarış aparılıb. Qadağan olunmuş maddələri üzə çıxarmaq üçün xüsusi salfetlərdən istifadə ediblər. Beləcə, kokain istifadəsi məlum olub.

Kokain Kokain

Ən çox kokain barla üzbəüz tualetdə aşkarlanıb. Bura parlament üzvləri, qonaqlar, yüksəkçinli məmurlar, akkreditasiyalı jurnalistlər daxil ola bilir. Məhz deputatların istifadə etdiyi ehtimal olunan tualetdə də kokain izləri var. Baş nazir postuna namizəd Boris Consonun ofisinin yaxınlığında şübhəli heç nə tapılmayıb.

Test üçün salfetlər istehsal edən “Crackdown Testing” şirkətindən deyirlər ki, heç bir səhv ola bilməz, onların məhsulu kokainə çox həssasdır.

İyunun ilk günlərində bir sıra britaniyalı siyasətçilər əvvəllər narkotik maddələr istifadə etdiyini boynuna almışdı. Ətraf mühit məsələləri üzrə nazir Maykl Qouv etiraf etmişdi ki, 20 il əvvəl qadağan olunmuş maddənin dadına baxıb. Konservatorlardan Mett Henkok, Andrea Lidsom və Dominik Raab da bununla bağlı etiraf səsləndirmişdi. Conson isə tələbə vaxtı marixuana çəkib.

Son xəbərlər
Bütün xəbərlər »